Ruslar Ukraynada daha 12 tank və 200 əsgər itirdi
Rusiya ordusu Ukraynada başlatdığı təcavüzkar müharibənin ilk günündən bu yana 43,8 min əsgər və 1876 tank itirib. Globall.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ Baş qərargahı məlumat yayıb. Ümumilikdə Rusiya qoşunlarının savaşda itirdiklərinin sayı belədir: Şəxsi heyət - təxminən 43750 (+200) nəfər,
tanklar - 1876 (+12) ədəd,
zirehli döyüş maşınları - 4141 (+15) ədəd,
artilleriya sistemləri - 985 (+5) ədəd,
Reaktiv yaylım atəş sistemləri - 261 (+0) vahid,
hava hücumundan müdafiə sistemləri - 136 (+0) ədəd,
təyyarə - 233 (+0) ədəd,
helikopterlər - 195 (+1) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 787 (+3),
qanadlı raketlər - 187 (+0),
gəmilər / qayıqlar - 15 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər - 3044 (+5) ədəd,
xüsusi avadanlıq - 92 (+1).