Ermənistanda QORXULU ANLAR yaşanır - FHN HƏRƏKƏTƏ KEÇDİ (YENİLƏNDİ)
İrəvanın Zvartnots hava limanına bomba qoyulması barədə xəbər öz təsdiqini tapmayıb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, İrəvan metropolitenində bombaların olmasına dair xəbər də təsdiqini tapmayıb.
xxx
Ermənistan Fövqəladə Hallar Nazirliyinə Zvartnos beynəlxalq aeroportuna bomba qoyulması barədə məlumat daxil olib.
Globall.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib.
Onun sözlərinə görə, məlumat FHN-ə elektron poçt vasitəsilə göndərilib.
Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. Nazirlik rəsmisi qeyd edib ki, insanların hava limanından təxliyəsi planlaşdırılmır.
Xatırladaq ki, bu gün səhər saatlarında İrəvan metrosunun stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı.