Ukraynadan çıxan ilk taxıl gəmisi YOXA ÇIXDI
Ukraynanın Beyrutdakı səfirliyi Livandan göndərildikdən sonra limanlarını tərk edən ilk taxıl yüklü gəmi “Razoni”nin aqibətindən xəbərsizdir. Globall.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, “Razoni”nin yükünü Livanda alınmadığı üçün başqa yerə satdığı iddia edilir. Avqustun 1-də Odessadan yola çıxan və içərisində Ukrayna qarğıdalısı olan Syerra-Leone bayraqlı “Razoni” gəmisi Türkiyədə yoxlanılıb. Toyuq yemi olaraq istifadə ediləcək 26 ton qarğıdalını Livandakı alıcı müqavilənin müddət ərzində yerinə yetirilməməsi səbəbindən almayıb. “Razoni” adlı gəmidən son 3 gündür xəbər yoxdur. Heç bir izləmə cihazı olmayan gəmi sonuncu dəfə Kipr adasının şərq sahilində görünüb.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: