300-dən çox bal toplayanlar pulsuz oxuya biləcək
"I qrupda 10 785 yer dövlət sifarişlidir. Bununla bərabər yüksək keçid balları dövlət sifarişli yerlərdə olacaq”. Globall.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, I ixtisas qrupunda texnoloji yönlü ixtisasları üzrə keçid balları ənənəvi olaraq aşağıdır. “300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər. Lakin abituriyentlər ötən ilki ballarla öz ballarını müqayisə etməlidirlər”, - deyə DİM sədri vurğulayıb.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: