Putindən Pelosinin Tayvana səfərinə REAKSİYA
“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gedişi sadəcə bir məsuliyyətsiz siyasətçinin səfəri deyil, digər ölkələrin suverenliyinə hörmətsizliyinin həyasız nümayişi, diqqətlə planlaşdırılmış təxribatdır”. Globall.az musavat.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan adasına səfərini bu sözlərlə dəyərləndirib. “Amerikanın Tayvana qarşı avantürası ABŞ-ın regionda və dünyada vəziyyəti xaotikləşdirmək üçün məqsədyönlü, şüurlu strategiyasının bir hissəsi, digər ölkələrin suverenliyinə hörmətsizliyin nümayişidir. Biz bunu diqqətlə planlaşdırılmış təxribat kimi qiymətləndiririk”, - deyə Putin Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib. Onun sözlərinə görə, ABŞ növbəti dəfə qəsdən odun üstünə yağ tökməyə və Asiya-Sakit okean regionunda vəziyyəti gərgiləşdirməyə çalışıb.