Azərbaycanda ət bahalaşdı
- VİDEO
Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər. Satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib. Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: