Kəlbəcərlə sərhəddə yaşayan ermənilər:
"Hamısı qorxu içində yaşayır" - VİDEO
Azadlıq Radiosu-nun erməni bürosu ermənilərin yaşadığı kənddən reportaj hazırlayıb. Reportajda Kəlbəcərlə sərhəddə yerləşən kəndin erməni sakinləri öz qorxularını dilə gətiriblər. "Görürsünüz, türk gəlib başımızın üstünü kəsdirib. Kənddə arvad-uşaq var, kənd sakinlərinin çoxu qorxusundan heç mal-qaranı tövlədən çıxartmayıb. Mən birinci Qarabağ savaşının iştirakçısıyam, övladlarım isə sonrakı savaşın", - kənd sakini deyib. Kəndin digər sakini isə bildirib ki, yuxarıdakılar aralarındakı çəkişməni bir qırağa qoyub, xalqı düşünməlidirlər: "Körpə uşaqlarım var, hamısı qorxu içində yaşayırlar. Tələbim odur ki, bizim təhlükəsizliyimizi təmin etsinlər". Daha ərtaflı videosüjetdə:
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: