Baş nazir BU VİDEOYA görə ÜZR İSTƏDİ
Finlandiyanın Baş naziri Sanna Marin şəxsi evində şənlik təşkil etdiyi üçün üzr istəyib.
Globall.az xəbər verir ki, o, heç bir xüsusi dərman qəbul etmədiyini, sadəcə olaraq əyləndiyini və rəqs etdiyini bildirib.
Sosial şəbəkələrdə yayılan videoda Sanna Marin də daxil olmaqla altı nəfərin kamera qarşısında rəqs etdiyi görünür. Videoda 36 yaşlı Marin əlləri başının arxasında diz çökərək rəqs edir.
"Videonun ictimailəşməsindən məyus oldum. Axşamı dostlarımla keçirdim. Narkotik və ya spirtdən istifadə etməmişəm. Rəqs etdim, oxudum, əyləndim və tamamilə qanuni işlərlə məşğul oldum", - deyə baş nazir bildirib.
İyul ayında Marin Finlandiyanın məşhur rok festivalında iştirak edib. Dekabr ayında o, səhər saat 4-ə qədər iş telefonu olmadan klubda rəqs edib və orada koronavirusa yoluxan şəxslə təmasda olub.
Tənqidçilər Finlandiyanın Ukraynadakı müharibə ilə bağlı problemlər, elektrik enerjisinin yüksək qiymətləri ilə üzləşdiyini vurğulayırlar. (modern.az)