İstifadəyə yararsız süd məhsulları məhv edildi
İstifadəyə yararsız süd məhsulları məhv edilib. Bu barədə Globall.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 67 adda, 13919.46 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: