Rus ordusunun səkkiz hücumu dəf edildi - İki istiqamətdə döyüş gedir
Donbasda döyüşlər iki istiqamətdə davam edir, Rusiya qoşunları hücuma keçməyə çalışır, amma Ukrayna hərbi qüvvələri hücumları dəf edir.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qüvvələri Barabaşivka - Karnauxivka, Suliqivka - Dibrivne, Suliqivka - Nova Dmitrivka istiqamətlərində hücum əməliyyatları keçirməyə cəhd göstərib.
Ruslar Baxmut istiqamətində Soledar bölgəsinə hücum təyyarələri ilə zərbələr endiriblər. Eyni zamanda, Spirne - Vimka, Streapivka - Soledar, Vladimirivka, Klınove - Baxmut, Verşina - Kodema istiqamətində hücum döyüşləri aparıb. Amma rus ordusunun hücum əməliyyatları uğurlu alınmayıb, geri çəkilməli olub. Pokrovsk - Baxmut istiqamətində döyüşlər davam edir.
Rusiya qoşunları Avdiyiv istiqamətində Marinka, Novomixailovka və Pavlivka yaxınlığında hava hücumlarına başlayıb. Lozovo - Pervomaysk istiqamətində hücum əməliyyatları aparır, döyüşlər davam edir.