Luqanskda döyüşlər qızışdı – Ukrayna ordusu rusların planını pozdu
Ukrayna ordusu gün ərzində Luqansk vilayətində Rusiya qoşunlarının ən azı səkkiz hücum əməliyyatının qarşısını alıb.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin Regional Hərbi Komandanlığı məlumat yayıb.
“Gün ərzində Luqansk vilayətində düşmənin 8 hücumu dəf edilib. Bu səylərin əksəriyyəti Baxmut istiqamətinə yönəlib. Hücum Luqansk vilayətinin kənd və şəhərlərindən təşkil olunur”, - məlumatda deyilir.
Rusiya qüvvələrinin Luqanskın işğal edilmiş səkkiz yaşayış məntəqəsinə aviasiya vasitələri cəlb etdikləri bildirilir.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: