Bu məktəbin şüşələri yoxdur, döşəməsi isə çürükdü
- VİDEO
Salyanın Xıdırlı kənd orta məktəbi bərbad vəziyyətdədir. Globall.az xəbər verir ki, bu barədə İTV-nin yayımladığı süjetdə əks olunub. Şəhid Təbriz Xəlilbəyli adına məktəbdə 1000-ə yaxın şagird təhsil alır. Qeyd olunur ki, təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Məktəbin pəncərələrində şüşələr yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür. Şirvan-Salyan Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib ki, Xıdırlı kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına ehtiyac var. Artıq bununla bağlı müvafiq sənədlər hazırlanır.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: