Sabahın hava PROQNOZU:
40 dərəcə isti
Avqustun 21-nə gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. ETSN Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: