Azərbaycanda yumurta BAHALAŞDI
Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb. Globall.az qaynarinfo-ya istinadən xəbər verir ki, ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb. Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: