İranda terror təşkilarının üzvləri məhv edildi
İranın Xuzistan vilayətində keçirilən xüsusi əməliyyat zamanı Əl-Əhvaz terror təşkilatının 8 üzvü məhv edilib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Heydər Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, silahlı qruplaşma ötən 6 ay müddətində Xuzistan vilayətində ağır cinayətlər törədiblər. Terrorçular polis zabitini qətlə yetirib, Sepah bazalarına, dini təhsil verən məktəblərə silahlı basqınlar ediblər. Silahlıların evlərində və iş yerlərində aparılan axtarış zamanı "Əl-Əhvaz” terror təşkilatının bayrağı tapılıb.
H.Abbaszadə nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir./axar.az
Oxunub: 460
Xəbəri paylaş
Paylaş: