Türkiyədə ağır qəza: 16 ölü, 21 yaralı...
- FOTO
Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb. Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb. Həmin vaxt uzaqdan gələn sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və "İhlas" Xəbər Agentliyinin canlı yayın maşınına çırpılıb. Globall.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb, 21 nəfər yaralanıb. Ölənlərdən 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalistdir. Yaralılar xəstəxanalara çatdırılıb.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: