Rus hərbçilər Ukraynadakı döyüşlərdən kütləvi İMTİNA ETDİ - “Qarabağı İSTƏYİRİK”
Ukrayna kəşfiyyatı Rusiya hərbçilərinin daha səsyazısını ələ keçirib. Səsyazıda işğalçılardan biri Ukraynaya yox, Suriya və ya Dağlıq Qarabağa getməyi üstün tutduqlarını bildirir.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram”da məlumat yayıb.
Rus hərbçi deyir ki, Suriya və Dağlıq Qarabağda xidmət etmək Ukraynadakından daha asandır. Çünki həmin bölgələrdə ruslar aktiv döyüş əməliyyatlarında iştirak etmirlər. (modern.az)
Oxunub: 155
Xəbəri paylaş
Paylaş: