BMT Baş katibi Türkiyədədir
(YENİLƏNDİ)
BMT Baş katibi Antonio Quterreş İstanbulun Zeyport limanında olub. O, Ukraynadan taxıl daşıyan gəmilərdə yoxlanış prosesində iştirak edib. Daha sonra Baş katib limanı tərk edib. BMT Baş katibi Antonio Quterreş İstanbula gedib. O, Ukraynadan taxıl daşıyan gəmilərdəki yoxlama prosesində iştirak edəcək. Quterreş daha sonra taxıl ixracı ilə bağlı yaradılmış Birgə Koordinasiya Mərkəzində olacaq. Qeyd edək ki, daha öncə Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanında olub. O, İstanbulda imzalanmış taxıl sazişi çərçivəsində 10 ton Ukrayna taxılının yükləndiyi gəmiyə baxış keçirib.
xxx
Oxunub: 180
Xəbəri paylaş
Paylaş: