Rus milyarderin keçmiş arvadı İrəvan meri ola bilər
Rusiyalı milyarder Arkadi Rotenberqin keçmiş həyat yoldaşı Natalya Rotenberq-Arzakantsyan İrəvan merliyinə namizədliyini irəli sürüb.
Globall.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, onun namizədliyi avqustun 20-də “Vətənin Gücü” partiyasının birinci qurultayında irəli sürülüb. Tədbirdə Natalya Rotenberq erməni dilində çıxış edib.
Qeyd edək ki, İrəvan Şəhər Şurasına seçkilər 2023-cü ilin sentyabrına təyin olunub.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: