İsrail "Həmas"a məxsus obyektləri vurdu

Globall.az xarici mediaya istinadən xəbər verir ki, zərbələrdən biri şimalda yerləşən Beyt Lahiyə, digəri cənubda yerləşən Xan Yunus rayonuna endirilib. Bundan əlavə şəhərin cənubunda yerləşən Rafah rayonunda tarla ərazisi bombalanıb.
İsrail ordusunun verdiyi açıqlamada “Həmas”a məxsus vurulan hədəflərdən birinin yer altında, digəri dəniz hədəfi olduğu bildirilib.
Zərbənin Qəzza zolağından atılan raketə cavab olaraq endirildiyi qeyd olunur.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: