ABŞ-ın 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb
Amerika Birləşmiş Ştatlarının 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb. Bu barədə TASS-a xəbər verir. Qeyd olunub ki, Vayominq ştatının Larami dairəsinin sakinində də meymunçiçəyi aşkarlanıb. Bununla da virusun aşkarlandığı ştatların sayı 50-yə çatıb. Xatırladaq ki, ABŞ-da 15 433 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Yoluxma sayına görə liderlər Nyu-York və Kaliforniya ştatlarıdır - müvafiq olaraq 2910 və 2663. Eyni zamanda, 10 ştatda yoluxma hallarının sayı 10-u keçmir.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş: