Rusiyanın indiyədək Ukraynada verdiyi İTKİLƏR
Ukraynada müharibə başlayandan bu günədək Rusiya ordusunun 45 550 hərbçisi məhv edilib. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusiyanın digər itkiləri 1921 tank, 4238 zirehli döyüş maşını, 1033 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 146 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 196 qanadlı raket, 15 gəmi, 3150 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynay qarşı müharibəyə başlayıb.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: