BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın -
Mərtəbələrə baxış üçün dronlardan istifadə edilib /FOTO-VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində 48 mərtəbəli yaşayış binasında güclü yanğın olub.
TASS bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi xəbər yayıb.
Binanın sakinləri bütünlüklə təxliyə edilib.
Alovun qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Mərtəbələrə ayrı-ayrılıqda baxış keçirilməsi üçün dronlardan istifadə edilib.
Son məlumata görə, yanğın artıq söndürülüb.
İtkilər haqqında məlumat yoxdur. Amma “Sputnik” xəbər verir ki, bina demək olar ki, tamamilə yararsız hala düşüb.
Yanğının səbəbləri araşdırılır. İlkin məlumata görə, yanğın binadakı restoranların birindən başlayıb
Oxunub: 511
Xəbəri paylaş
Paylaş: