Sabah 38 dərəcə isti olacaq

Avqustun 24-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Oxunub: 219
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							