Bu müəllimlər 5 il sertifikasiyaya cəlb olunmayacaq
"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlər beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqlar". Globall.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, MİQ imtahanlarından son illərdə keçmiş müəllimlərin də əməkhaqqına artımlar tətbiq ediləcək: "Bunun mexanizmi işlənib hazırlanmalıdır. Sertfikasiyanın birinci mərhələsi yekunlaşmalıdır ki, həmin şkalaları analiz edə bilək. Kimin maaşı 10, kimin maaşı 35% artsın - bunun üçün mexanizm olmalıdır. İki üsuldan biri seçiləcək. Ya MİQ imtahanı verən müəllimlər də sertifikasiyaya buraxılacaq və ya MİQ imtahanı ballarını sertifikasiya ballarına uyğunlaşdıracağıq. İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. 35 min şəxsi əhatə etməklə bütün ölkə müəllimlərinə şamil olunacaq”.