ABŞ vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ: Təcili tərk edin!
ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın yaxın günlərdə Ukraynaya yeni hücumlar edə biləcəyi ilə bağlı məlumat aldığını açıqlayıb.
Səfirliyin bəyanatında deyilir ki, ABŞ Dövlət Departamenti Rusiyanın yaxın günlərdə mülki yaşayış məntəqələrinə və hökumət binalarına hücumlar təşkil edə biləcəyi barədə məlumat alıb.
"ABŞ-ın Kiyevdəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edir ki, əgər təhlükəsizdirsə, şəxsi avtomobilləri ilə və avtomobil yolu ilə Ukraynanı tərk etsinlər".
Bu arada, sabah Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi gözlənilən Müstəqillik Günü tədbirləri Rusiyanın hücum ehtimalına görə qadağan edilib.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: