Azərbaycan-Qazaxıstan sənədləri imzalandı
Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində 9 sənəd imzalanıb. Globall.az xəbər verir ki, imzalanan sənədlər sırasında Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qazaxıstan Respublikasının Türküstan vilayəti arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında “Protokol layihəsi” var. - Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum; - Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum; - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş; - Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın "“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandum; - “”QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi", Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; - “"QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, "Cool İnfinity" və "Foodcity Alliance" arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; - “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi.