Putin meşə yanğınlarına görə müşavirə keçirdi
Rusiya Prezidenti Vladimir Putin müşavirə keçirib.
Globall.az xəbər verir ki, müşavirə ölkədə davam edən meşə yanğınlarına həsr olunub.
Rusiya lideri son vaxtlar müşahidə olunan anomal isti hava şəraitinin yanğınlara səbəb olduğunu deyib. O bildirib ki, yanğınlara qarşı mübarizə çətin prosesdir.
"Meşə yanğınları ilə mübarizə genişmiqyaslı resursların cəlb edilməsini tələb edir”, - deyə Putin müvafiq qurumlara yanğınların qarşısının alınması üçün ciddi tədbirlər görməyi tapşırıb.
Qeyd edək ki, Rusiyanın 26 regionunda meşə yanğınları davam edir.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: