“Kubinka”da narkotik satanlar tutuldu, 4-ü qadındır
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər müəyyən olunaraq saxlanılıb. Bu barədə Globall.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov ("Kubinka") küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: