Kamal Kılıçdaroğlu Gülşəndən yazdı:
Dərhal azad edin!
CHP sədri Kamal Kılıçdaroğlu türkiyəli müğənni Gülşənin həbs olunmasına münasibət bildirib. Globall.az xəbər verir ki, K.Kılıçdaroğlu sosial media hesabında bunları yazıb: "Fərqli həyat tərzinə sahib gənclərin arasında uzun bir müddətdir ki, barış rüzgarları əsməkdədir. Hədəf həddini aşmış bir zarafatı əsas götürüb gənclərimizi bir-birinə qarşı qoymaqdır. Hüquqa, ədalətə xəyanət etməyin. Sənətçini dərhal sərbəst buraxın". Kamal Kılıçdaroğlu Qeyd edək ki, müğənni Gülşən konsert verdiyi zaman səhnədə gitara ifaçısına bu sözləri deyib: “Daha əvvəl "İmam Hatip"də təhsil almışdı, əxlaqsızlığı oradan gəlir”. Sənətçi dünən bu sözlərinə görə saxlanılıb. Onun haqqında "Xalqı kin və düşmənçiliyə təhrik etmə, aşağılama" maddəsi ilə cinayət işi açılıb. Daha sonra müğənni Sülh Cəza Məhkəməsi qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilib.