AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.
Globall.az AFFA-ya istinadla xəbər verir ki, buna mütəxəssisin "Sumqayıt"a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə müdaxiləsi səbəb olub.
Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb. R.Sadıqov görüşün sonlarında baş vermiş mübahisəli epizod zamanı VAR-a baxılarkən, hakimlərlə mübahisə edib.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş:




















