DTX Laçın şəhərində fəaliyyətə başladı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb. Globall.az xəbər verir ki, bu gün Azərbaycanın nəzarətinə qaytarılan Laçın şəhərində DTX-nın idarəsi açılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: