“Rusiyaya “Bayraktar” göndərməyəcəyik”
Türkiyənin “Baykar” şirkəti istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyaya göndərilməsini istisna edib. Bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “BBC”nin Rusiya xidmətinə müsahibəsində açıqlayıb. “Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız artıq uzun illərdir davam edir. Buna görə də, bizə nə qədər vəsait təklif edilməsindən asılı olmayaraq, hazırkı vəziyyətdə PUA-ların Rusiyaya verilməsindən söhbət belə gedə bilməz”, - deyə Bayraktar söyləyib. O, həmçinin əlavə edib ki, “Baykar” şirkəti tam olaraq Ukraynanı dəstəkləyir. (qafqazinfo)
H.Bayraktarın sözlərinə görə, pul və maddi dəyərlər şirkət üçün prioritet hesab olunmur.
Oxunub: 187
Xəbəri paylaş
Paylaş: