Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident Bakıda parkın açılışında iştirak etdi - Yenilənib /Foto
  • Tağıyevin abidəsində postamentdən niyə imtina edildi?
  • Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında 10 MARAQLI FAKT
  • “Babam Əziz Əliyevin oxumağa pulu yox idi, Tağıyevdən xahiş etmişdi ki…” – İlham Əliyev
  • Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb
  • Ağ atlı maqnat – milyonçu Murtuza Muxtarov və general qızı Liza ...

    • Tarix: 27-08-2022, 11:13


    “XX əsrin əvvəlində Bakının neft milyonçuları” mövzusu ədəbiyyatımızda kifayət qədər geniş işıqlandırılıb. Həmin heyrətamiz şəxsiyyətlərin sırasında, şübhəsiz ki, Hacı Zeynalabdin Tağıyevin adı öndə gəlir – istər xarakterinin bütövlyünə, istər xeyirxahlığına, istərsə də xalqın gələcəyini yalnız və yalnız maariflənmədə görən uzaqgörən baxışlarına görə. Bütün Azərbaycan neftxudaları – eləcə də Tağıyevin özü, Şəmsi Əsədullayev, Musa Nağıyev... çox koloritli şəxsiyyətlər olublar. Onların  barəsində əfsanəyə çevrilmiş əhvalatlar indiyədək xalq arasında dolaşmaqdadır. El yaddaşında xatirəsi bu gün də yaşayan bu şəxsiyyətlərin arasında həyat və biznes tarixçəsi bədii film süjetinə çevriləcək qədər maraqlı olan romantik təbiətli maqnat Murtuza Muxtarovun öz yeri var.

    Globall.az 
    “Socar plyus” jurnalının neft milyonçusu Murtuza Muxtarov barədə bu məqaləsini oxucular üçün maraqlı olacağını nəzərə alaraq, təqdim edir…



    Bakılı Edison

    Amerikada olduğu kimi, Azərbaycanda da ilk milyonçu neftxudalar ən aşağı sosial təbəqələr arasından çıxıblar. Karyeralarının əvvəlində onlar mədənlərdə fəhlə, usta köməkçisi, yaxud usta olublar. Murtuza Muxtarov da belə bir yol keçib – qara fəhləlikdən neft maqnatlığına aparan həyat yolu.

    Murtuza Muxtarov 1865-ci ildə Əmircan kəndində dünyaya gəlib. Onun nəslində hamı arabaçı olub – kəl və ya at arabaları ilə, indi deyildiyi kimi, Bakı-Tbilisi (az qala “Ceyhan” da yazacaqdım) marşrutu üzrə yük daşıyarmışlar. 1880-ci ildə gənc Murtuza qardaşı ilə birlikdə arabalarını sataraq, Balaxanı kəndi yaxınlığındakı mədəndə fəhləliyə başlayır. Bir müddət o zamanki ibtidai quyulardan əl ilə neft yığan fəhlə işləyir.  Həmin illərə aid tarixi kadrlar yəqin ki, çoxunuzun xatirindədir – başdan ayağadək neftə bulaşan fəhlələr quyulardan badyalarla “qara qızıl” çıxarırlar. Gənc Murtuza da çörəyini belə əziyyətlə qazanmışdı.

    Amma çox keçmədi ki, bu cavan oğlan zirəkliyi ilə mədən sahibinin diqqətini cəlb edir. Onu usta vəzifəsinə irəli çəkirlər. Az sonra isə Muxtarov Zabratda qazma avadanlığı emalatxanası alır. Onun ixtiraçılıq məharəti də elə burada üzə çıxır – Kanada istehsalı olan qazma alətinə etdiyi dəyişiklik həm avadanlığın istehsal qabiliyyətini artırır, həm də istifadə müddətini uzadır. Muxtarovu quyulardakı nasazlıqların təmiri və aradan qaldırılması üzrə əvəzolunmaz usta  kimi müxtəlif mədənlərə dəvət etməyə başlayırlar. Gənc Murtuza fitri çevikliyini nəzəri biliklərlə də zənginləşdirir – mühəndislər arasından özünə müəllimlər tutaraq, onların köməyilə sanballı texniki hazırlığa yiyələnir.

    1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma kontorunu açır və ən mürəkkəb və dərin quyuların qazılması üzrə sifarişlər almağa başlayır. 1895-ci ildə isə zərbə-ştanq üsulu ilə işləyən modernləşdirilmiş dəzgah yaradır və bu ixtirasına patent alır. O, öz ixtirasını  «Bakı qazma sistemi» adlandırır. Muxtarovun dəzgahı o vaxtadək məlum olan bütün qazma dəzgahlarından mükəmməl idi. Başqa ixtiralar da etmişdi.

    XIX əsrin sonralarında Murtuza Muxtarov Bibiheybətdə iri qazma avadanlığı zavodu tikir. Bu zavod Rusiyada neft avadanlığı istehsal edən ilk sənaye müəssisəsi idi. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli gözəl bir bina da tikdirmişdi. Yaradılan şərait Bakının ən yaxşı işçi qüvvəsini bura cəlb edirdi. Muxtarovun zavodunda buraxılan avadanlıq və dəzgahlar Rusiya bazarında satılır, xaricə ixrac edilirdi. Muxtarov artıq varlı adam idi.  

    Romantika
















    Bu yerdə başqa bir əhvalat başlayır. Muxtarov kontorunun işgüzar əlaqələri geniş idi. O, tez-tez şəxsən Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar müqavilələr bağlayırdı. Xüsusən Şimali Qafqaz neft sənayeçiləri, Maykop və Qroznıda kımədən sahibləri ilə isti münasibətlər saxlayırdı. Manaf Süleymanov «Eşitdiklərim,oxuduqlarım, gördüklərim» kitabında yazır ki, belə səfərlərinin birində qatar Beslan stansiyasında dayanarkən perronda gəzişən Muxtarov maraqlı birhadisənin şahidi olur. Çərkəzi çuxalıiki leytenant perronda yerə xalça salır,üstündə canamaz açır. Çərkəzi geyimli, nəcib görünüşlü bir general namaz qılmağa başlayır. Murtuza Muxtarov stansiya işçilərindən bu generalın kim olduğunu soruşur və öyrənir ki, o, Vladiqafqazdan olan məşhur knyaz Hambi Tuqanovun özüdür. Onlar tanış olurlar, söhbətləri tutur. General Murtuza Muxtarovu Vladiqafqazdakı evinə qonaq çağırır. Murtuza burada öz gələcək həyat yoldaşı – generalın ortancıl qızı Lizanı görür və ilk baxışdan ona aşiq olur. Qız da ona vurulmuşdu. İndiki zəmanədə, ola bilsin ki, sevgi insanların üzərinə məsuliyyət qoymur, amma o zamanlarda məhəbbət həmişə şərəf məsələsi sayılırdı. Hər halda, Qafqazda belə idi.

    Manaf Süleymanovun eşidib qələmə aldığına görə, Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib. Nişanda ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün, 7 gecə davam etmişdi. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar. Onlar Avropaya toy səyahətinə çıxırlar. Qayıtdıqdan sonra xoşbəxtər-arvad bir neçə il Vladiqafqazda yaşayır. Muxtarov öz ailə xoşbəxtliyinə görə osetin torpağına minnətdarlığının ifadəsi kimi 1908-ciildə Vladiqafqazda öz vəsaiti ilə birçox parametrlərinə görə nadir memarlıq nümunəsi olan sünni məscidiinşa etdirir. Bu məscid indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır.

    Ekspertlərin fikrincə, Muxtarovun tikdirdiyi bu məscid içinin işlənmə gözəlliyi baxımından Rusiya ərazisində ən zəngin məscidlərdəndir. Osetin tarixçilərinin yazdığı kimi: «… Vladiqafqaz şəhərinin sünni icmasının səlahiyyətli nümayəndələri– general-leytenant İnal Kusov vəİdris Şanayev məscidi tikdirmiş bakılı tacir Murtuza ağa Muxtarova bütün Vladiqafqaz müsəlmanları adından səmimi minnətdarlıq ifadəsi olaraq məscidi «Muxtarovun Cümə məscidi» adlandırmağa qərar verirlər». Bir məqama diqqət yetirin – şiə məzhəbli Muxtarov sünni məscidi tikdirir. Bu, Allahın böyüklüyünə həqiqətən inam gətirməyin və müsəlmanlar, ümumiyyətlə, dindarlar arasında ayrı-seçkilik qoymamağın ən bariz nümunəsidir!

    Xoşbəxt ailə

    Murtuza Muxtarov gənc xanımıilə Avropada toy səyahətində olarkən Venesiya şəhəri ecazkar memarlığı ilə gözəl Lizanı heyran edir. 1910-cuildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraq sevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir. Bu gün də Bakının memarlıq incilərindən sayılan həmin saray inqilabdan sonrakı ilk illərdə qadın klubuna verilsə də, uzun illərdir ki, «Səadət sarayı» kimi tanınır. Düz deyirlər ki, məhəbbət insanın qəlbindəki ən yaxşı hissləri oyadır. Ailə xoşbəxtliyi Murtuza Muxtarovu böyük xeyriyyə işlərinə ruhlandırır. Bakıda və şəhər kənarında, Rusiya və Avropa şəhərlərində onun vəsaiti hesabına tikilən bir çox binalar bugün də Muxtarovun adını yaşadır. Onun 1910-cu ildə Əmircanda tikdirdiyi məscid indiyədək öz möhtəşəm memarlığı ilə görənləri heyran qoyur. Abşerondakı mayak, Kislovodskvə Florensiya şəhərlərində bir sıra binalar da Muxtarovun vəsaiti hesabına tikilib. Muxtarov xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edir, yoxsullara maddi yardım göstərməyə xəsislik etmirdi. Bəxtəvər həyat yoldaşı da Murtuza Muxtarovun xeyirxah əməllərində ərinə kömək edirdi. 1914-cü ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə Liza xanım Muxtarova başçılıq edirdi. O, eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. 1913-cü ildə təşkil edilmiş «Uşaq xəstəxanası» xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına da yardım göstərmişdi. Onun maarifçilikvə tərbiyəçilik fəaliyyəti dahageniş idi. Öz övladı olmayan Liza xanım dəbdəbəli sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. «Murtuza Muxtarov» Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım «Nicat» BakıMüsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi. Qala kəndində Murtuza MuxtarovunQadın Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı torpaq sahəsinin (1 desyatin 2200 kv. sajın,təxminən 2,5 hektar) planı cızılmış sənədlər indiyədək qalır. Həmin ərazidə iki yetimxana tikilmişdi. Qarşıdan isə 1920-ci ilin apreli gəlirdi…

    Son?

    Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra erməni bolşevik dəstələri Muxtarovların evinə çatırlar. Evinin astanasında silahlı qəsbkarlarla qarşılaşan Muxtarov əvvəlcə onlara atəş açır, sonrada tapançanın lüləsini öz alnına dirəyir…Bəs Liza xanımın taleyi necə oldu? Əvvəlcə bolşeviklər onu öz evinin zirzəmisində yaşamağa məcbur edirlər. Sonra isə... Fuad Axundov yazır: «Sara xanım Aşurbəyli danışardıki, o, anası İsmət xanımla birlikdə Liza xanıma baş çəkər, ona azacıq da olsa kömək edərmişlər. Lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə bir türk diplomatı ilə saxta nikah bağlayan Liza xanım İstanbula gedir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır». Liza xanım Muxtarovanın sonrakı taleyi barədə çox az məlumat var. Bircə o məlumdur ki, 1956-cıilədək İstanbulda yaşayıb.

    Epiloq

    Başqa bir neft maqnatının – Şəmsi Əsədullayevin nəvəsi –Züleyxa Veber-Əsədullayeva öz müsahibələrinin birində demişdi: «Keçmiş Bakı milyonçularından yalnız Muxtarov hörmətə layiqdir. O, kişi kimi yaşadı və kişi kimi də öldü». Belə bir xatirə qoymaqdan ötrü yaşamağa dəyərdi. İnsandan sonra yaşayan xoş xatirə isə heç də kiçik sərvət deyil.

    Fatma Muxtarova

    XX əsrin birinci yarısında keçmiş SSRİ-nin opera teatrlarının afişalarından Fatma Muxtarovanın adı düşməzdi. Opera rejissoru İ.Keller öz xatirələrində yazır: “İstənilən şəhərdə onun iştirakı ilə afişa görünən kimi tezliklə teatr kassası qarşısında anşlaq löshəsi görünürdü: “Bütün biletlər satılıb”.

    Həmin vaxt çox az adam bilirdi ki, müğənniliyə başlayan yetimi inqilaba qədər Muxtarov cütlüyü övladlığıa götürüb və ona öz soyadını verərək, onun gələcək taleyində önəmli rol oynayıb. Murtuza Muxtarov 1913-cü ildən başlayaraq Fatmanın Saratov konservatoriyasında təhsil almasına şərait yaradıb, sonra, 1920-ci ildə baş verən ölümünə qədər ona hər cür yardım göstərib, himayə edib. Nəticədə Fatma Muxtarova şəxsən Fyodor Şalyapinin xeyir-duası ilə opera səhnəsinə qədəm qoyub və bir çox məşhur tamaşalarda solo pariyaları ifa edib. Onun ən yaxşı partiyaları “Xovanşina” operasında Marfa , Karmen, Amneris, “Çar gəlini”ndə Lyubaşa, “Nizami”də Azra, eləcə də Dalila, Marina Mnişek və başqalarıdır. (modern.az)





    Oxunub: 313
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.