Hazırda Ukraynada döyüşlər bu istiqamətdə gedir
- XƏRİTƏ
Ukrayna ərazisində gedən döyüşlərlə bağlı son durum açıqlanıb. Globall.az modern.az-a istinadən xəbər verir ki, BBC telekanalı müharibədə son vəziyyəti əks etdirən xəritəni təqdim edib. Qeyd olunub ki, Rusiya qoşunları Ukraynanın şərq və cənub hissələrində hücumları davam etdirir. Xəritədən görünür ki, döyüşlər ən çox İzyum, Kramatorsk, Xarkov, Luqansk, Donetsk, Xerson və Melitopol ətrafında gedir. Məlumata əsasən, Rusiya qüvvələri hazırda bütün Luqansk və Krım vilayətinə nəzarət edir, Donetsk bölgəsində isə irəliləyişləri davam etdirirlər.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: