15 yaşlı qıza qarşı əxlaqsızlıq edənlər HƏBS OLUNDU
Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib. DİN rəsmisinin sözlərinə görə, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib. Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar. Qızın ailəsi hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.