Qırmızı bülletenlə axtarışda olan Fatih Özer Albaniyada TUTULDU
Qırmızı bülletenlə axtarışda olan “Thodex”in qurucusu Fatih Özer Albaniyada tutulub. Bu barədə Türkiyə mediasına məlumat yayıb. Bildirilir ki, təxminən 400 min insanı milyonlarla lirə ilə aldadaraq Albaniyaya qaçan “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer tutulub. Daxili İşlər Nazirliyindən Albaniyanın Vlora şəhərində saxlanılan Özerlə bağlı verilən açıqlamada “Polis İdarəsi tərəfindən ekstradisiya əməliyyatına başlanılıb”, deyilib. “Yüz minlərlə insanı aldadaraq “Thodex” kripto pul birjası ilə xaricə qaçan Faruk Fatih Özerin Albaniyaya qaçdığı müəyyən edilib. Qırmızı bülletenlə axtarışa verilən Özerin Vlora şəhərində Albaniya polisi tərəfindən yaxalandığı açıqlanıb. Özerin Türkiyəyə ekstradisiyası üçün əməliyyat başlanıb”, – məlumatda bildirilib. Albaniya Respublikasının daxili işlər naziri Bledar Çuçi qırmızı bülletenlə axtarışda olan qaçaq Faruk Fatih Özerin Albaniyanın Vlora şəhərində tutulduğunu daxili işlər naziri Süleyman Soyluya çatdırıb və onun şəxsiyyətinin biometrik nəticələrlə təsdiqləndiyini bildirib. İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Özerə törətdiyi cinayətlərə görə 40 min 562 il (40562 il) müddətinə azadlıqdan məhrum etmə cəzası istənilib. Thodex-in məlumat bazasını diqqətlə araşdıran Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) hər bir əməliyyatı bir-bir araşdırıb. MASAK-ın hazırladığı hesabata görə, vurulan zərərin məbləği 356 milyon lirə olaraq müəyyən edilib. (konkret.az)