Sədr xalqdan ÜZR İSTƏDİ - Tərəfdarlarına 1 saat vaxt verdi
Sədr Hərəkatının başçısı, İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr tərəfdarlarına müraciət ünvanlayıb. Globall.az modern.az-a istinadən xəbər verir ki, Müqtəda əs-Sədr tərəfdarlarına parlamentin qarşısını tərk etmək üçün bir saat vaxt verib. Şiə lideri onun müraciətinə məhəl qoyulmayacağı təqdirdə tərəfdarlarından üz çevirəcəyini qeyd edib. Müqtəda əs-Sədr həmçinin ölkədə baş verən iğtişaşlara görə İraq xalqından üzr istəyib. Qeyd edək ki, bazar ertəsi siyasətdən getdiyini elan edən şiə imamı Müqtada əs-Sadrin yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.