Koronavirusun yeni dalğasına HAZIR OLUN - ÜST
Avropa ölkələrində bir neçə həftə sonra koronavirusa yoluxanların sayı 250 milyon nəfərə çatacaq. Payızda yoluxmanın yeni dalğası gözlənilir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.
"Biz pandemiya ilə mübarizədə böyük uğurlar qazanmışıq. Amma virus əvvəlki kimi dövr edir, insanlar xəstəxanalara düşməkdədir. Təkcə ötən həftə 3 min nəfər həyatını itirib. Payız və qışın yaxınlaşması ilə biz xəstəliyin növbəti dalğasını gözləyirik", - deyə o bildirib.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: