Azərbaycanda istirahət mərkəzində PARTLAYIŞ:
yaralılar var (YENİLƏNİR)
Abşeron rayonunda istirahət mərkəzində partlayış olub. Globall.az report-a istinadla xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb. FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb. *** FHN-dən Globall.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb. FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb. *** Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, “Sunset” istirahət mərkəzinin qazanxanasında baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.