Bakıda itkin düşmüş yeniyetmə bacılar tapıldı
(YENİLƏNDİ)
Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb. Onlar yaşadıqları ünvana qeri qayıdıblar. Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər. Hazırda onların vəziyyəti normaldır. xxx Bakıda gənc bacılar itkin düşüb. Globall.az report-a istinadla xəbər verir ki, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar. Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: