Sabah bu ərazilərdə qaz olmayacaq
1 sentyabr 2022-ci il saat 08:00-dan “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə "Azəriqaz" İB-dən Globall.az-a verilən məlumatda bildirilib. Qeyd edilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin bir hissəsinin dəyişdirilməsi və müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlıdır. Məhdudiyyət işlər başa çatanadək davam edəcək. Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: