Günel Gözəlova Fonddakı işindən ayrıldı
Jurnalist Günel Gözəlova Beynəlxalq Avrasiya Mətbuat Fondundakı işindən ayrılıb. Globall.az xəbər verir ki, bu barədə G.Gözəlova sosial şəbəkə hesabında məlumat paylaşıb. "Əziz dostlar, sabahdan Beynəlxalq Avrasiya Mətbuat Fondunda media və təhsil sahəsi üzrə Vitse-Prezident kimi fəaliyyət göstərməyəcəm. Keçmişə hörmət, gələcəyə inamla yola daha iri və inamlı addımlarla davam. Hamıya uğurlar!", - deyə G.Gözəlova bildirib. Qeyd edək ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də aparıcı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi, “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.