Tennis topu böyüklüyündə dolu yağdı,
uşaq öldü - FOTO
İspaniyanın şimal-şərqindəki Kataloniya muxtar əyalətinin Jirona şəhərində tennis topu böyüklüyündə dolu yağıb. Hadisə nəticəsinə 2 yaşlı uşaq ölüb, daha 29 nəfər müxtəlif xəsarətlər alıb Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Bundan başqa, dolu yağışı bir sıra tikililərə və avtomobillərə ziyan vurub. Mütəxəssislər bildirib ki, bu, Kataloniya bölgəsində son 20 il ərzində qeydə alınan ən böyük dolu yağışı olub. (trend)
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: