Koronavirusa yoluxma sayı 600-ü ötdü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 032, bu günə qədər isə ümumilikdə 7 155 246 test icra olunub.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: