Rusiyanın Ukraynadakı müharibədə itkiləri
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Döyüşlər nəticəsində son sutkada Rusiyanın 450, ümumilikdə isə 48 350 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 997 tank, 4 345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 851 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 239 avtomobil texnikası və avtosistern, 104 xüsusi texnikadan ibarətdir.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: