Ruslar Ukraynada 400-ə yaxın uşaq öldürüb
Rusiya ordusunun Ukraynaya silahlı təcavüzü nəticəsində 380 uşaq həlak olub, daha 737 uşaq isə yaralanıb. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, müharibə dövründə uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov vilayətində - 204, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Nikolayev vilayətində - 67, Luqansk vilayətində - 61, Xerson vilayətində - 55, Zaporojya vilayətində - 46 zərər çəkib. Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: