Britaniyada BÖHRAN
- Fabriklərin 60%-i bağlanacaq
Elektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. Globall.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb. Ölkədə elektrik enerjisinin qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib. “Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsalı ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib. Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görməsinə çağırış edilib. Xatırladaq ki, Britaniyada 2022-ci ilin oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq. (modern.az)
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: