Qəbələ, Oğuz və Zaqatalada yanğınlar davam edir - RƏSMİ
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Globall.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.
Həmçinin FHN-in aviasiya dəstəsinin helikopterləri də ərazidə fəaliyyət göstərir.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş: