Qardaşı arvadını və övladlarını ölümlə hədələdi
Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub. DİN-dən Globall.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: